Xəbərlər

İmişli Suvarma Sistemləri İdarəsi 55200 hektardan artıq suvarılan torpaqlara xidmət edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarının lildən təmizlənməsini, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdən ibarətdir. Əkin sahələri 1176 km uzunluğunda suvarma  kanalları

01.03.2023

Torpaq mülkiyyətçiləri və femerləri vaxtında və itkisiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri idarəsi tərəfindən yeni mövsümə hazırlıq işləri davam etdirlir. Bu məqsədlə idarənin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir,  hidrotexniki qurğularda cari təmir işləri görülür. Onuda qeyd edək

27.02.2023

Meliorasiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində “Su və torpaq təbii sərvətimizdir” adlı bilik yarışı keçirilib. Bilik yarışına Bakı, Sumqayıt və Xırdalan

25.02.2023

Xızı rayon Suvarma Sistemləri idarəsi yaz suvarma mövsümünə hazırlaşır. Bu məqsədlə plan qrafikə uyğun olaraq rayonda kanallar lil və kol-kosdan təmizlənir, hidrotexniki qurğular cari təmir edilir. Onu da bildirək ki, son illər Xızı rayonunda görülən meliorativ tədbirlər nəticəsində 9989 hektar sahə əkin dövriyyəsinə cəlb edilib. Belə ki, əvvəllər

24.02.2023

36500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edən Ağdaş Suvarma Sistemləri İdarəsi 2022-ci ildə 15376 ha sahədə dənli bitkilərin suvarılmasında 3 dəfə, 8563 hektar yem bitkiləri sahəsində 6 dəfə, 1288 hektar bostan-tərəvəz sahəsində 5,7 dəfə, 6035 hektar çoxillik bitkilər sahəsində 5,4 dəfə, 4450 hektar həyətyanı sahələrdə 6,6 dəfə,

22.02.2023

Qəbələ rayonundan axan dağ çaylarında sel daşqınlarından mühafizəni təmin etmək üçün qabaqlayıcı tədbirlər görülür. Bu işlər Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir. 2023-cü ilin planlaşmasına əsasən 784 min m3 çay məcrasının təmizlənməsi, 100 metrdə əsaslı beton bəndlərin təmiri, 1320 m3 beton bəndlərdə cari təmir

20.02.2023

Tovuzda əkin sahələrinin suvarılması istiqamətində son illər bir sıra işlər görülür. Əsas işlərdən biri və ən vacibi Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən sərhəd kəndlərinin su təminatının yaxşılaşdırılmasıdır. Əvvəllər sərhəd kəndi olan Ağdam kəndində suya olan təlabat olduqca böyük idi. Artıq bu problem aradan qalxmaq üzrədir.

17.02.2023

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq

15.02.2023

Tərtər  rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən hazırlıq işləri davam edir. Su itkisinin  qarşısının  alınması  üçün arxların lildən və kol-kosdan təmizlənməsi, o cümlədən torpaq məcralı kanalların beton üzlüyə alınması da

13.02.2023

Yevlax rayonunda meliorativ tədbirlər uğurla davam edir. Görülən işlər nəticəsində hər il rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması yaxşılaşdırılır. Yevlax Suvarma Sistemləri idarəsi Yevlax rayonunun 42400 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Əkin sahələri 2 üsulla, mexaniki və özü axımı ilə suvarılır.

10.02.2023

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir. Əkin sahələrində hər il müxtəlif təyinatlı kənd təsərrüfatı bitkiləri əkilir və onların suvarılması yerinə yetirilir.  Suvarma dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu və eləcədə 90 artezian quyusu ilə aparılır. Rayonda 209

08.02.2023

Ağsu rayonunda meliorativ tədbirlər uğurla davam edir. Suvarılmanın yaxşılaşdırılması üçün Ağsu rayonunun ərazisində yerləşən Qazanarx kanalı yenidən qurulub. Ağsu çayın məcrasında isə Baş Su Qəbuledici qurğu tikilib. Əvvəlki illərdə Ağsu çayından su götürmək üçün xeyli çətinliklər yaranırdı. Bu qurğunun tikintisindən sonra saniyədə 5 kub

06.02.2023

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox rayonlarında meliorativ tədbirlərini davam etdirir.  İdarənin gördüyü işlərdən biri də Şəmkir rayonunda həyata keçirilir. Belə ki, Şəmkirçay Su Anbarı və Magistral Kanallarının İstismarı İdarəsinin balansında olan Şəmkir maşın kanal və

05.02.2023

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Biləsuvar rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır. Cənubi Muğan Kanalından ayrılan bir-neçə qoldan biri olan R-1 kanalında işlər sürətlə həyata keçirilir. Kanalın 2021-ci

02.02.2023

İmzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır. İlkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub. Peyk təsvirləri

27.01.2023