Fəaliyyət növü və dairəsi:
|
İnstitutun nəznində Muğan, Abşeron və Şirvan təcrübə stansiyaları, təcrübə-istehsalat müəssisəsi fəaliyyət göstərir. İnstitutun əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir. Elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır:
- Respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması;
- Torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ qurğuların yaradılması;
- Torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması;
- Mövcud qurğuların və onların hesabatlarının təkmilləşdirilməsi;
- Meliorativ tikintinin səmərəli texnologiyasının işlənib hazarlanması;
- Hidromeliorativ sistemlərin və su təsərrüfatı komplekslərinin istismarının mütərəqqi üsullarının işlənilməsi;
- Meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının işlənib hazırlanması;
- Hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi;
- Suvarma rejiminin işlənib hazırlanması;
- Su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif təbii-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının işlənilməsi;
- Suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin normallaşdırılması;
- Su təsərrüfatı obyektlərinin tikilməsi üçün bilgilərin hazırlanması texnologiyasının işlənilməsi;
- Su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi üçün kompleks elmi-tədqiqat tədbirlərinin işlənib hazırlanması;
- Suyun keyfiyyətinin yaxşılaşdırılması və onun çirklənməsinin qarşısının alınmasını təmin edən kompleks tədbirlərin hazırlanması
- Su təsərrüfatı sistemlərinin istismar etibarlığının və ekoloji təminatının yüksəldilməsi;
- Su təsərrüfatı kompleksinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması.
|
Yerinə yetirdiyi işlər:
|
Elmi tədqiqatların əsas istiqamətləri:
- Respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması;
- Meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının işlənib hazırlanması;
- Hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi;
- Suvarma rejiminin işlənib hazırlanması;
- Su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif təbii-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının işlənilməsi və s.
“Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”na həvalə olunduğu üçün son 3 ildə hər iki müəssisənin əldə etdiyi nailiyyətləri ayrı-ayrılıqda aşağıda qeyd olunur:
“Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin nailiyyətləri
- Şorlaşmış torpaqların genezisi, diaqnostikası, təsnifatı və meliorativ vəziyyətinin qiymətləndirilməsi” (differensiasiya olunmuş rəhbərlik)
- “Seldənmühafizə hidrotexniki qurğuların layihələndirilməsi üçün qayda və normalar”
- “Kənd təsərrüfatı bitkilərinin suvarma rejimi, onların operativ korrektə və idarə olunmasına dair tövsiyə”
- “Qeyri-ənənəvi sulardan suvarmada istifadəyə dair qaydalar (çirkab və kollektor-drenaj sularının timsalında)”
- “Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarına dair metodiki vəsait”
- “Suvarma suyunun uçotu və onun ölçülməsinə dair tövsiyə”
- İnstitutun tabeliyində fəaliyyət göstərən təcrübə-tədqiqat bazalarında şorlaşmış torpaqların meliorasiyası istiqamətində aparılmış uzunmüddətli tədqiqatların yekunlarının ümumiləşdirilməsi istiqamətində Azərbaycan və rus dillərində olmaqla 3 monoqrafiya (6 kitab), yalnız azərbaycan dilində isə 2 monoqrafiya, 1 dərslik, 1 praktiki rəhbərlik və 1 qayda, Birliyin “Elmi əsərlər toplusu”nun XL-XLII cildləri çap edilmiş
- 11 məqalə və tezis xarici jurnal və toplularda, o cümlədən 1 məqalə Web of Science (www.tomsonreuters.com) Citation Index jurnalda olmaqla, 116 məqalə dərc edilmiş, 6 patent alınmış, 2019-2021-ci illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri əsasında 30 aralıq, 13 yekun elmi-texniki hesabat, 1 konsepsiya, 11 tövsiyə, 2 istismar qaydası, 1 metodika, 1 norma işlənilib hazırlanmış və tətbiq üçün istehsalata təqdim olunmuşdur
“Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun nailiyyətləri
- “Çayların mühafizəsi və tullantı sularının təkrar istifadəsi məqsədilə təmizlənməsi (Kür çayı hövzəsi timsalında)”, “Hidrotexniki qurğuların təhlükəsizliyi”, “Samur-Abşeron kanalının baş durulducusu”, “Dağ və dağətəyi suqəbuledici qurğular”, “Çayların və süni torpaq məcraların hidromorfologiyası” adlı 5 kitab
- “Suvarma sistemlərində su itkilərinin hesablanması “, “Su təsərrüfatı balanslarının işlənib hazırlanması üzrə metodika”, “Çirkli sulardan suvarmada istifadə” adlı 3 broşura, “Su ehtiyyatlarının səmərəli və kompleks istifadəsinin müasir problemləri” adlı 2 elmi məcmuə
- 87 məqalə, 25 aralıq və 11 yekun elmi-texniki hesabat hazırlanaraq istehsalata təqdim edilmişdir
- AzETSPİ hazırladığı elmi-tədqiqat işləri 60 müəlliflik şəhadətnaməsi almış, 4 ixtira isə texniki elmlər doktoru İ.S.Babayevin rəhbərliyi altında yüksək bulanıqlı suların təmizlənməsi sahəsində dünyada suyun təmizlənməsi praktikasında ilk dəfə olaraq xüsusi əhəmiyyət kəsb edən yeni texnologiya yaradılmış, müxtəlif konstruksiyalı qurğular (üzən suqəbuledici durulducular , AzNİİ VP-2, AzNİİ VP- 3 tipli nazik təbəqəli durulducular , <> tipli üzən su təmizləyici qurğu ,müxtəlif konstruksiyaya malik seolit yükündən ibarət süzgəc qurğuları) işlənib hazırlanmışdır. Bu texnologiya respublikanın Sabirabad, Salyan–Astara,Şirvan qrup su kəmərlərində və 20-dən çox su təchizatı obyektində, Rusiya Federasiyasının daşkömür mədənlərində sularının təmizlənməsində, Qırğızıstanın Oş, Taş–Kumar və Kızıl-Kaya şəhərlərinin su təchizatında, Özbəkistanın və Türkmənistanın 4 su təchizatı obyektində, Bolqarıstanın Etrapol şəhərinin içməli su təchizatında tətbiq olunmuşdur.
|
Kadr potensialı və digər müvafiq məlumatlar:
|
İnstitutda Elmi Şura və doktorantura mövcuddur. İnstitutun əməkdaşlarının sayı 356 nəfər təşkil edir. Bunlardan 7 nəfəri professor, 3 nəfəri elmlər doktoru, 53 nəfəri elmlər namizədi, 63 nəfər elmi işçi, 230 nəfəri isə mühəndis, texnik, laborant və xidməti işçilərdir.
|