Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət MMC

Adı:

 Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət Məhdud Məsuliyyətli Cəmiyyət

Direktor:

Samir Məmmədov

Ünvanı:

AZ 1012, Bakı şəhəri, Moskva pr. 69a.

E-mail:

stminmmc@mst.gov.az

Əlaqələndirici şəxs:

Şirvan Bayramov

Babək Məmmədov

Yaranma tarixi:

2021-ci ildə struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla  yaradılmışdır.

Fəaliyyət növü və dairəsi: 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə bütün növ satınalmaların qanunvericiliyin tələblərinə uyğun keçirilməsi məqsədilə struktur vahidlərinin bu sahədə fəaliyyətlərinin tənzimlənməsi və idarə olunması.

Yerinə yetirdiyi işlər:

Səhmdar Cəmiyyəti üzrə dövlət büdcəsindən ayrılan və müxtəlif mənbələrdən daxil olan vəsaitlər hesabına satınalmaların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və bununla bağlı qəbul edilmiş digər alt normativ aktların tələblərinə uyğun təşkilini həyata keçirir, struktur vahidlərinin bu sahədə fəaliyyətlərini tənzimləyir, əlaqələndirir və koordinasiya edir, struktur vahidləri tərəfindən meliorasiya və su təsərrüfatı obyektləri üzrə yerinə yetirilən təmir, təmir-bərpa işlərinin icrasına yerli istismar idarələri ilə birgə baxış keçirir, mal-materialların, iş və xidmətlərin standartlara uyğunluğuna, bağlanmış müqavilələrin icrasına nəzarət edir və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Kadr potensialı və digər müvafiq məlumatlar:

“Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə üzrə yüksək ixtisasa və ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışmış çoxillik təcrübəyə malik əməkdaşlar fəaliyyət göstərir. Sahə üzrə çalışan mütəxəsislər bir çox beynəlxalq qurumlar tərəfindən təşkil olunan seminar-treninq və təlimlərdə iştirak etmiş və Dövlət satınalmalarının, Almaniyanın SAP Proqramının və digər nüfuzlu qurumlarının sertifikatları ilə təltif olunmuşlar.