Balakəndə selə qarşı mübarizə tədbirləri görülür. Suvarma kanalına beton üzlük çəkilir.

about1

Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir. Əkin sahələrində hər il müxtəlif təyinatlı kənd təsərrüfatı bitkiləri əkilir və onların suvarılması yerinə yetirilir.  Suvarma dağ çaylarından gələn suların hesabına və 65 ədəd subartezian quyusu və eləcədə 90 artezian quyusu ilə aparılır. Rayonda 209 km-dən artıq uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 km təsərrüfat arası kanallar, 169 km-i isə təsərrüfat daxili kanallardır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Su itkisinin qarşısını almaq üçün rayon ərazisində yerləşən torpaq məcralı kanallarda hər il beton işləri görülür.

Balakən Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı məcra təmizləmə və sahil bərkitmə işlərini də aparır. Bu məqsədlə də idarənin balansında cəmi 22828 metr uzunluqda bəndlər mövcuddur. Ondan 11911 metri Balakənçay sistemində, 4480 metri Katexçay sistemində, 6437 metri isə Mazımçay sistemindədir.  Ötən il daş-beton bəndlərdə rayonun şəhər ərazisinin müdafiəsi üçün 200 kub metr həcmində, Mahamalar kəndinin müdafiəsi üçün 1250 kub metr, Katex kəndinin müdafiəsi üçün isə 750 kub metr həcmində cari təmir işləri yekunlaşıb. Silban kəndinin selsularından mühafizəsi üçün 100 metr uzunluğunda daş-beton bəndin əsaslı təmiri işləri hazırda davam edir.

Qeyd edək ki, Balakən Suvarma sistemləri İdarəsinin balansında 8400 hektar suvarılan torpaq sahəsi mövcuddur.  Bundan 2252 hektar əkin sahəsi, 3778 hektarı həyətyanı və 2370 hektarı çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə həyata keçirilir.

08.02.2023 15:54