Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox rayonlarında meliorativ tədbirlərini davam etdirir. İdarənin gördüyü işlərdən biri də Şəmkir rayonunda həyata keçirilir. Belə ki, Şəmkirçay Su Anbarı və Magistral Kanallarının İstismarı İdarəsinin balansında olan Şəmkir maşın kanal və Ceyrançöl - birinci və ikinci pillə nasos stansiyalarında hər il olduğu kimi bu il də təmir-bərpası işləri aparılıb. Hər iki nasos stansiyada nasos aqreqatı və elektrik mühərrikləri, elektrik avadanlıqları təmir olunub və sazlanıb. Nasos stansiyalarda aparılan təmir işləri nəticəsində ətraf rayonlarda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması yaxşılaşıb.
Onu da qeyd edək ki, Şəmkir Maşın Kanal nasos stansiyasında birinci pillə nasos stansiyadan götürülən suyu ikinci pillə nasos stansiyası Şəmkir kanalı vasitəsi ilə saniyədə 6.3 kub metr su vurmaq qabiliyyətinə malikdir. Bununla da Şəmkir, Goranboy, Samux və Göygöl rayonunun bir hissəsinin əkin sahələri asanlıqla və dayanıqlı suvarma suyu ilə təmin olunur.
05.02.2023 08:40