Konfransda taxıl sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilib, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların 21 yerli istismar idarəsinin rəhbərləri iştirak ediblər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev taxıl sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
24.04.2024 15:49