Xəbərlər
64 il öncə istifadəyə verilən Yuxarı Şirvan Kanalı başlanğıcını Mingeçevir Su Anbarından götürür. Kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir. 2022-ci ilin əvvəlindən bu günə kimi Yuxarı Şirvan Kanalı vasitəsi ilə anbardan 1148 mln m3 su götürülərək, 1044 mln m3-i istehlakçılara çatdırılıb. Kanal
Azərbaycan Respublikasının malyariyadan azad ölkə statusunu təsdiq edən sertifikatın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı ekspertlərə Səhmdar Cəmiyyəti
Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, respublikamızın digər rayonları kimi Qubada da rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su
Müzəffər Azərbaycan Ordusunun Suqovuşanı işğaldan azad etməsindən 2 il ötür. Xatırladaq ki ,Tərtər rayonunun ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarı 3 oktyabr 2020-ci ildə erməni işğalından azad edilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə istismara verilən Suqovuşan su anbarının
Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır. Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su
Zaqatala rayonunda əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir. Bütün bu
Masallıda suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Masallı rayonunun 9892 hektar əkin sahəsinin suvarılmasını, əsasən Viləşçay su anbarının suyu təmin edir. Əkin sahələrinə verilən suyun vaxtı – vaxtında çatdırılması
Saatlı rayonunda hər il olduğu kimi bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb. Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2000-dən çox sayı olan hidrotexniki qurğu,
Marafonda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Mir Mövsüm Dadaşev Azərbaycanın “Dayanıqlı İnkişaf” istiqamətində qazandığı uğurlar haqqında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən dövlət və özəl sektorun nümayəndələrinə məlumat verib. Torpaq və suyun bərpası bazaları və texnologiyaları
Meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Bütün bu
Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq olunan plana uyğun olaraq bir-neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini
Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Əldə olunan yüksək məhsuldarlıq, xüsusən də strateji məhsul çay, çəltik, çiyələk və digər dənli bitkilərin yığımı bunun bariz nümunəsidir. Yuxarı Xanbulançay
Şəki Suvarma Sistemləri İdarəsi rayon ərazisində olan 38980 ha suvarılan torpaq sahələrinin su ilə təminatına xidmət edir. Əkin sahələrinin suvarılması dağ çaylarından qidalanan təsərrüfatlararası və təsərrüfatdaxili kanallar, 5 ədəd nasos stansiyalar, idarənin balansında olan 222 ədəd subartezian və artezian quyuları vasitəsi ilə həyata keçirilir.
Ağstafaçay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan anbarın açılışı 1971-ci ildə Ümummilli lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Anbara su Ağstafa çayı vasitəsilə daxil olur. Anbarın həcmi 120 mln m3 –dir. 46 m