Azərbaycan Respublikasının malyariyadan azad ölkə statusunu təsdiq edən sertifikatın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı ekspertlərə Səhmdar Cəmiyyəti tərəfindən malyariya xəstəliyinin profilaktikasında əhəmiyyətli rolu olan su təsərrüfatı obyektlərində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
06.10.2022 16:14