Suqovuşan sən azadsan!

about1

Müzəffər Azərbaycan Ordusunun Suqovuşanı işğaldan azad etməsindən 2 il ötür.

Xatırladaq ki ,Tərtər rayonunun ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarı 3 oktyabr 2020-ci ildə erməni işğalından azad edilmişdir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə istismara verilən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon m³-dir. Su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının əkin sahələri suvarma suyu ilə təmin olunur.

03.10.2022 12:15