Saatlı rayonunda hər il olduğu kimi bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb. Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2000-dən çox sayı olan hidrotexniki qurğu, 61 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə təmin edir. Balansda olan suvarma kanallarında suyun axınının maneəsiz təmin olunması istiqamətində hazırda müxtəlif ərazilərdə lildən təmizlənmə işləri həyata keçirilir. Araz çayından ayrılan suvarma qollarının tez-tez lillənməsi kanalların mütəmadi təmizlənməsini vacib edir. Bununla yanaşı kollektor-drenaj şəbəkəsi də lildən təmizlənir, ərazidə olan torpaqların şoranlaşmasının qarşısı alınır.
Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən ilin əvvəlindən bu vaxta qədər 22 ədəd hidrotexniki qurğu, 2 ədəd nasos stansiyası, 7 km nov kanal cari təmir edilib. Eyni zamanda 2022-ci ilin II rübündə ümümi uzunluğu 330 km olan suvarma kanallarında 891 min m³, uzunluğu 158 km olan kollektor-drenaj şəbəkəsində isə 544 min m³ mexanizmlə lildən təmizlənmə işi yerinə yetirilib. Bundan başqa Araz çayında nasos stansiyaların ətrafında 255 min m³ məcratəmizləmə işləri də başa çatdırılıb.
Qeyd edək ki, Saatlı rayonunda bu il 18515 hektar taxıl, 16930 hektar yem bitkiləri, 13000 hektar pambıq, 252 hektar qarğıdalı, 2650 hektarı bostan-tərəvəz və 66 hektarı silos qarğıdalı əkilib və suvarılması tam başa çatdırılıb.
26.09.2022 08:51