Su anbarları

Su anbarları çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən, qədim zamanlardan bəri insanların suya olan ehtiyacını odəmək və əkin sahələrinin suvarılması məqsədilə inşa edilən su təsərrufatı obyektidir. Azərbaycanda Qanlıgöl adlanan ümumi sututumu 0,9 mln. m³ olan ilk su anbarı 1864-cü ildə Naxçıvanın ərazisində tikilmişdir. Hazırda ölkəmizin ərazisində 153 su anbarı vardır. Su anbarlarının ümumi su həcmi 21,9 mlrd. m³ təşkil edir. Su anbarları sel və daşqın sularını tənzimləməklə, enerji istehsal etməklə, insanların həyat fəaliyyətinin inkişafında və ölkənin əkinçilik təsərrufatında böyük əhəmiyyətə malikdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin balansında olan əsas su anbarları

N

Su anbarlarının adı

İstismara verildiyi il

Qidalanma mənbəyinin adı

Ümumi su tutumu

Bəndin maksimal hündürlüyü

Məqsədi

1

Ceyranbatan

1955

SAK,Taxtakörpü-Ceyranbatan kanalı

186

10

içməli, suvarma

2

Taxtakörpü

2013

SAK, Samur çayı

268.4

137.5

suvarma, energetika

3

Şəmkirçay

2014

Şəmkir çayı

164.5

196

suvarma, energetika, içməli

4

Ağstafaçay

1969

Ağstafaçay

120

50.5

suvarma

5

Əyriçay

1987

Əyriçay

80.6

23

suvarma

6

Yuxarı Xanbulançay

1976

Bəşərüçay

52

77

suvarma, içməli

7

Viləşçay

1986

Viləşçay

46

37

suvarma, içməli

8

Sərsəng

1976

Tərtərçay

560

125

suvarma, energetika

9

Şəmkir

1982

Kür çayı

267.7

70

suvarma, energetika