Quyular

Respublikamızda hidravliki təzyiq altında olan və sukeçirməyən laylar arasında yığılmış yeraltı suların istismarı məqsədilə 7511 quyu qazılmışdır. Bu qazılmış quyuların bəzilərindən yeraltı sular öz təzyiqi ilə yer səthinə çıxsa da (belə quyular artazian quyuları adlanır), əksər quyulardan su elektrik enerjisi tələb edən dərinlik nasoslarının köməyilə çıxarılır (belə quyular subartezian quyuları adlanır). Subartezan quyularından suyun vurulması üçün əsasən ЭЦВ tipli dərinlik nasoslarından istifadə edilir.