Meliorasiya və Su Təsərrüfatı ASC bölgələrdə 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini başa çatdırıb

about1

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

Prezident İlham Əliyevin 2018-ci il 12 mart tarixli "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılmışdı. Sərəncamdan irəli gələn işlər artıq tam başa çatıb.

Qeyd edək ki,, subartezian quyularının çox hissəsi cəbhə xəttinə yaxın ərazilərdə qazılıb. Məqsəd döyüş bölgəsinə yaxın ərazilərin su təminatının daha da yaxşılaşdırılmasıdır.

04.12.2018 00:00