Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub.

about1

Tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixindəki əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu prosesinin başlanmasından, Ulu Öndərin ölkəni xaos və hərc-mərclikdən, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən və bunun müstəqil dövlətimizin taleyində dönüş anı olmasından ətraflı bəhs edib. Bildirib ki, müasir tariximizdə Milli Qurtuluş Günü kimi əbədiləşmiş 15 iyun əsl xilaskarlıq səlnaməsi və Azərbaycan xalqının mübarizəsinin parlaq qələbəsi günüdür.

Əhməd Əhmədzadə çıxışında onu da qeyd etdi ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir.

Cəmiyyətin sədri Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli davamlı tərəqqisini və əldə olunan yüksək nailiyyətləri xüsusi olaraq qeyd etdi.

Sonda Əhməd Əhmədzadə onu da bildirdi ki, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli həyat yolu və siyasi irsi indiki və gələcək nəsillərə nümunə olacaq.

14.06.2019 18:27