Beynəxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində Beynəlxalq Su Konfransı keçirilib

about1

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək respublika ərazisində etibarlı su təchizatına nail olunması ilə bağlı Agentlik tərəfindən institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində əsaslı islahatların həyata keçirilməsi, infrastrukturun müasirləşdirilməsi və yeni su ehtiyatlarının yaradılması layihələrinin icrası barədə məlumat verib.

“Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 2-də işlər artıq başlamaq üzrədir, 6-nın bərpa olunması istiqamətində işlər davam edir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa, 13 anbarda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Onlardan isə 2-i bərpa olunub” deyə Agentliyin sədri çıxışında bildirib.

Konfransda həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri tərəfindən alternativ su mənbələrindən istifadə potensialı, su ehtiyatlarının səmərəli və müasir dünyanın çağırışlarına uyğun olaraq idarə edilməsi istiqamətində görülmüş və gələcəkdə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilib.
 

14.03.2024 14:54