FAO Azerbaijan təşkilatçılığı ilə “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təlim keçirilib.

about1

6 dekabr 2023-cü il tarixində FAO Azerbaijan (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) təşkilatçılığı ilə “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması və müasir suvarma sistemlərinin tətbiqinin təşviqi məqsədilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin və Meliorasiya Elmi-Tədqiqat İnstitutun əməkdaşları üçün suvarma mühəndisliyi üzrə beynəlxalq ekspert, "METOS" Macarıstanda ölkə meneceri cənab Balint Sule tərəfindən təlim keçirilib.

13.12.2023 10:00