Astarada il ərzində 111,5 km kanal və çay məcraları lildən təmizlənib.

about1

Bildiyimiz kimi kənd təsərrüfatı sahələrinin inkişafı üçün vacib amillərdən biri də su-meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Astara rayonu ərazisində yerləşən yerli idarəsi bu səpkidə işlərini uğurla həyata keçiriblər.

İlin əvvəlindən başlayaraq Astara rayonu ərazisində ümumilikdə 111,5 km kanal və çay məcralarında lildən təmizlənmə işləri aparılıb. O cümlədən kollektorda 8600 metr, sel ötürücü və su ötürücü kanallardan isə 91800 metr kanallar lil və palçıqdan təmizlənib. Bunun da 61200 metri idarənin öz gücü hesabına həyata keçirilib. Bu il Astara çayında 1200 metr məsafədə sahilbərkitmə işləri həyata keçirilmiş və işlər hal – hazırda da davam etdirilir.  

Fermerlər də görülən işlərdən çox razıdılar. Fermer Teymur Rəcəbov deyir ki, hazırda 50 ha – dan yuxarı buğda, arpa, vələmir, yonca və qarğıdalı əkini aparıb. Əkin sahələrinin vaxtında suvarılması nəticəsində yüksək məhsul əldə edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Astara rayonu ərazisində yerləşən yerli idarəsi balansında 4519 ha suvarılan sahə, 295 km açıq kanal və 446 km qapalı şəbəkə mövcuddur.

04.12.2023 09:11