İmişlidə nov kanallar çəkilir

about1

İmişli rayonunda mövsümə uyğun olaraq meliorativ tədbirlər aparılır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İmişli rayonunda yerləşən yerli idarəsi tərəfindən təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, o cüməldən torpaq məcralı kanalların beton üzlüyə alınması işləri həyata keçirilir. Bundan başqa idarə tərəfindən su itkisinin qarşısının alınması, suyun maneəsiz olaraq su istifadəçilərinə çatdırılması üçün nov kanalların quraşdırılması işləri də aparılır. Bu işlər rayonun Ağammədli kəndinə xidmət edən kanalda davam edir. Ümumi uzunluğu 2300 metr olan kanalın əvvəlki illərdə 1340 metr nov kanalla əvəzlənib. Hazırda isə qalan 960 metrlik hissəyə nov kanallar düzülür.

 Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İmişli rayonunda yerləşən yerli idarəsi İmişli rayonu ilə bərabər Füzuli və Neftçala rayonlarında da işlərini davam etdirir. Görülən işlər ardıcıllıqla yekunlaşdırılır. Nəticədə torpaqların şoranlaşmasının qarşısı alınır, su itkisi minimuma endirilir və əkin sahələrinin suvarılması yaxşılaşdırılır.

22.11.2023 09:35