Yevlax Melioservis İdarəsi meliorativ tədbirlərini davam etdirir.

about1

Yevlax Melioservis İdarəsi ölkənin bir-neçə rayonunda yerləşən suvarma kanallarında texnikalar vasitəsilə lildən təmizləmə işlərini davam etdirir. Görülən meliorativ tədbirlər nəticəsində suvarma suyunun maneəsiz və itkisiz olaraq fermerlərə çatdırılması təmin edilir. Hazırda idarə suvarmada önəmli yerə malik olan Yuxarı Şirvan Kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində bu işləri həyata keçirir. Bu kanalda işlər ümumi olaraq 77000 kubmetr ekskavatorla, 18800 kubmetr isə buldozer vasitəsi ilə nəzərdə tutulub. Görülən işlər meliorativ cəhətdən səmərəli olmaqla yanaşı kənd təsərrüfatında məhsul bolluğuna gətirib çıxarır.

Yevlax Melioservis İdarəsi Yevlax rayonunda da meliorativ tədbirlərini həyata keçirir. Hazırda Ərəb kanalına cəlb olunan ekskavatorla kanalın lillənmiş və qamışla örtülmüş hissələri tam olaraq təmizlənir. Bu günə qədər Yevlax rayonunun 15 kəndində, Xaldan, Rüstəmli, Qoyunbinəsi, Kövər, Nemətabad, Bəydili və digər kəndlərdə görülən işlər nəticəsində 8500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb. Həmin işlərin görülməsinə 4 ekskavator və 1 buldozer cəlb olunub.

Qeyd edək ki, Yevlax Melioservis İdarəsi Yevlax, Ağdaş və Göyçay rayonlarında ilin sonuna qədər meliorativ tədbirlərini yekunlaşdırmağı planlaşdırır.

18.10.2023 09:24