Ağdam Melioservis İdarəsi suvarma kanallarını lildən təmizləyir.

about1

Ağdam Melioservis İdarəsi magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, kanalların beton üzlüyə alınması, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işlərini həyata keçirir. Bu işlər idarənin texnikaları və mütəxəssizləri tərəfindən bir-neçə istiqamətdə davam edir. İdarə tərəfindən bu il Tərtər rayonu ərazisindən keçən Qapanlı suvarma kanalının bir hissəsi beton üzlüyə alınıb. Ağdam Melioservis İdarəsi tərəfindən su itkisinin qarşısının alınması, suvarma suyunun maneəsiz olaraq əkin sahələrinə çatdırılması istiqamətində də böyük işlər görülür. Fermerlərin su təminatının yaxşılaşdırılması üçün hazırda Tərtər rayonunun İsmayılbəyli kəndindən keçən torpaq məcralı kanal lildən təmizlənir.

Qeyd edək ki, Ağdam Melioservis İdarəsi Ağdam rayonunda yerləşir. İdarə ölkənin bir sıra rayonlarında meliorativ tədbirlər həyata keçirir.

 

29.09.2023 09:10