Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub.
44 qurumdan 166 əməkdaşın (120 kişi, 46 qadın) iştirak etdiyi yarışın yekun nəticələrinə görə fərdi yarışlarda qadınlar arasında birinci yerə Gənclər və İdman Nazirliyinin əməkdaşı , ikinci və üçüncü yerlərə isə Daxili İşlər Nazirliyinin əməkdaşları layiq görülüblər.
Kişilərin yarışında isə birinci yeri Ədliyyə Nazirliyinin əməkdaşı, ikinci yeri Fövqəladə Hallar Nazirliyin əməkdaşı, üçüncü yeri isə SOCAR-ın əməkdaşı tutub.
Komanda yarışlarında qadınlar arasında Daxili İşlər Nazirliyi birinci olub. Gənclər və İdman Nazirliyi yarışı ikinci, Meliorasiya və Su Təsərrüfatı ASC isə üçüncü pillədə başa vurublar. Kişilər arasında DİN birinci, Ədliyyə Nazirliyi ikinci, SOCAR isə üçüncü pillədə qərarlaşıblar.
Qeyd edə ki, yaxşı nəticə göstərən komandaların əməkdaşlarına medallarla yanaşı, diplom və hədiyyələr də təqdim edilib.
25.09.2023 12:23