Saatlı Suvarma Sistemləri İdarəsi 60000 hektardan artıq suvarma şəbəkəsi ilə əhatə olunmuş sahəyə xidmət edir. İdarənin balansında olan əkin sahələrini ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2000 ədəddən artıq sayı olan hidrotexniki qurğu, 64 ədəd nasos aqreqatı və digər köməkçi vasitələrlə suvarma suyu ilə təmin edir. Plana əsasən suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılması üçün suvarma kanalları daim lildən təmizlənir. Uzunluğu 267 km olan suvarma kanallarında 635 min m³ mexanizmlə lildən təmizlənmə işi görülüb. Uzunluğu 139 km olan kollektor-drenaj şəbəkəsində isə 405 min m³ mexanizimlə lildən təmizlənmə işləri həyata keçirilib. Həmçinin Araz çayında nasos stansiyaların yanında 184 min m³ məcratəmizləmə işləri mexanizimlərlə yerinə yetirilib.
Bu il idarənin balansında olan əkin sahələrinin 19767 hektarına taxıl, 13553 hektarına yem bitkiləri, 12624 hektarına pambıq, 316 hektarına qarğıdalı, 2573 hektarına bostan-tərəvəz əkilib. Qalan sahələrdə isə digər bitkilərin əkini həyata keçirilib. Fermerlər sahələrini vaxtında suvardıqlarından məhsul yığımı zamanı yüksək məhsuldarlıq gözləyirlər.
2023-ci il ərzində Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən 136 ədəd hidrotexniki qurğu, 2 ədəd xidməti bina, 2 ədəd nasos stansiyası, 1.4 km nov kanal cari təmir edilib. İdarə rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, heyvandarlıq təsərrüfatlarını, başqa köməkçi təsərrüfatlarını da su ilə təmin edir. Rayon ərazisində 17856 hektara qədər sahə mexaniki üsulla, 49 ədəd nasos stansiyaları vasistəsilə yerinə yetirilir.
Qeyd edək ki, Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən Əlisoltanlı kənd ərazisində 1 aqreqatlı nasos stansiyanın, Yeni Novruzlu, Mustafabəyli və Bəylik kəndlərinə xidmət edən nov kanalın 1 km əsaslı təmiri, Yeni Novruzlu kəndinin həyatyanı sahələrinə xidmət edən nasos stansiyanın əsaslı təmiri, Mircəlal və Gomuşçu kəndləri ərazisində kollektorlardan keçən borulu keçidlərin əsaslı təmiri işləri həyata keçirilib.
22.09.2023 08:47