Lənkəranda meliorativ tədbirlər davam edir.

about1

İlk dəfə olaraq Xanbulançay su anbarında innovativ bir yenilik tətbiq olunub. Su anbarındakı işləri nəzarətdə saxlamaq və idarə etmək üçün kompyuter servis aparatı quraşdırılıb.

Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Cari ilin 8 ayı ərzində görülən işləri qənaətbəxş hesab etmək olar. Belə ki, bu müddət ərzində suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Suvarma mövsümünün əvvəlində Xanbulançay su anbarına 56, 517 milyon kubmetrdən artıq su yığılıb və həmən suyun 50 milyon kubmetrə yaxın su  səmərəli şəkildə sahələrə istifadəyə verilib. Suvarmanın düzgün təşkili  və növbəlik prinsipinə riayyət olunması nəticəsində suya qənaət olunmuş və toplanmış sudan 26 milyon kubmetr su anbarda qalmışdır.

Bundan başqa Boladi, Separadi, Cil, Xarxatan, Mamusta, Gərmətük və digər kəndlərin ərazisində sel və subasmaya qarşı tədbirlər çərçivəsində 20 km uzunluqda kanallarda lildən təmizlənmə işləri görülmüş, 45 min kubmetr həcmində lildən təmizlənmə və 35 min kubmetr həcmində hamarlama işləri aparılmışdır ki, bu da gələcəkdə sel sularının qarşısını təhlükəsizliyinin qarşısını alacaqdır.

İlk dəfə olaraq bu il Xanbulançay su anbarında innovativ bir yenilik tətbiq olunub. Su anbarındakı işləri nəzarətdə saxlamaq və idarə etmək üçün kompyuter servis aparatı quraşdırılıb.

Qeyd edək ki, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin su anbarı, Lənkəran rayonunun 7000 hektar, Astara rayonunun 2000 hektar və Lerik rayonunun isə 284 hektar əkin sahələrini suvarma su ilə təmin edir.  

13.09.2023 09:05