Yuxarı Şirvan Kanalında böyük layihə icra olunur

about1

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, 1958-ci ildə istifadəyə verilən, 1961-ci  ildə isə ikinci  hissəsi istismara verilərək  maksimum  su  sərfi  78 m3/ san olan Yuxarı Şirvan Kanalı respubilikanın ikinci ən  böyük magistiral  suvarma  kanalıdır. Uzunluğu 122 km olmaqla  kanal   Mənbəyini  Mingəçevir  su anbarından  götürür. Kanal  Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin  sahəsinin suvarılmasını  təmin edir. Kanalın  istismara  verilməsi Şirvan düzündə öz axını  ilə suvarılan sahələrin su ilə təmin olunmasına  şərait  yaradır. Kanal su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və  Şamaxı rayonlarının 130 min hektar torpaq sahələrinin suvarılmasına xidmət edir. Kanalın fəaliyyətini daim təmin etmək üçün Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən təxirəsalınmaz işlər görülür. Belə ki, sel suları nəticəsində yuyulan qurğular yennidən təmir olunaraq istismara verilir.

Yuxarı Şirvan Kanalı üzərində  Əliciançay, Türyançay, Göyçayçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla  kəsişdiyi yerlərdə mürəkkəb  konsturuksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümümüyətlə  kanal  üzərində sadə və mürəkkəb konusturuksiyalı 129 ədəd qurğu  inşa edilib. Bunlardan 1ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk,  29 ədəd körpülər, 52 ədəd  selötürücülər, 1 ədəd cəldaxıdan, 1ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcı  kanalın normal  iş  rejmini  təmin edirlər. İş rejiminin normal təmin edilməsi üçün idarə tərəfindən istismar tədbirlərinə uyğun olaraq hazırda kanalın Göyçay rayonundan keçən hissəsində bərpa işləri görülür.

Qeyd edək ki, Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi tərəfindən hazırda Kürdəmir və Göyçay rayonları ərazisində təmir-bərpa, kanalın Ağdaş rayonu ərazisindən keçən hissəsində isə lildən təmizləmə işləri davam edir. Bundan başqa 2023-cü ilin 8 ayı ərzində  Mingəçevir Su Anbarıdan kanala 910 mln/m3 su götürülərək  rayonlara aryıcılarda  728 mln/m3 su təhvil verilib. Kanalda idarənin öz gücü ilə 24,5 km, dağətəyi kanalda 6583 m məsafə lildən təmizlənib, balansda olan 7 ədəd hidrotexniki qurğu cari təmir olunub. Çay məcralarında isə 88 min m3 həcmdə məcra tənzimləmə işləri həyata keçirilib.

08.09.2023 09:06