Ölkəmzin ən böyük meyvəçilik rayonlarından biri olan Qubada suvarma mövsümü davam edir. Cari ildə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən 96 milyon m3 həcmində su götürülməklə 67 min 999 hektar sahədə suvarılma aparılıb. Havaların yağıntılı keçməsi səbəbindən suvarma suyunun fermerlərə çatdırılmasında çətinlik yaşanmıyıb. Bununla belə idarə əməkdaşları tərəfindən təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir. Belə ki, torpaq kanallar lil və kol-kosdan təmizlənir eləcə də hidrotexniki qurğular cari təmir edilir.
Həm cari həm də növbəti mövsümdə hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri idarəsi tərəfindən sahilbərkitmə işləri də aparılır. Bu da öz növbəsində suvarma suyundan səmərəli şəkildə istifadə etməyə imkan verir. Həçminin Qusarçayın Quba rayonu Çartəpə kəndi ərazisindən keçən hissəsində bəndvurma işlərinə də başlanılıb.
Həm suvarma suyunun bol olması həm də görülən tədbirlər nəticəsində sahələrin vaxtında suvarılması fermerlərin də ürəyincədir. Onlar bildirir ki, məhz bu səbəbdən ötən illərlə müqayisə də məhsuldarlıq yüksəkdir.
Qeyd edək ki, Quba rayonunda 26 min 33 hektar suvarılan torpaq sahəsi mövcuddur. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından eləcədə 58 ədəd subartezian quyusundan qaldırılan su heabına ödənilir. Suvarma suyunun su mənbələrindən götürülərək təsərrüfatlara çatdırılmasında 362.2 km açıq və 192.9 km qapalı boru olmaqla 555.1 km uzunluğunda suvarma şəbəkəsindən istifadə olunur.
01.09.2023 08:58