Sumqayıt Melioservis İdarəsi tərəfindən Qazaxda meliorativ tədbirlər görülür.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər çərçivəsində əsaslı təmir işləri görür, bir çox layihələri yerinə yetirir. İdarənin gördüyü işlərdən biri də Qazax rayon Şıxlı kəndi ərazisində, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması layihəsidir.

2023-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulan layihə nəticəsində 700 hektara yaxın əkin sahəsinin suvarılması yaxşılaşacaq. Xram çayından götürülən suyun borular vasitəsilə sahələrə verilməsi nəticəsində bu vaxta qədər suvarılması çətin olan ərazilər də suvarma suyu ilə təmin olunacaq. Artıq rayonun müxtəlif ərazilərində texnikalar və idarənin işçi heyəti tərəfindən tikinti və quraşdırma işləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox rayonlarında, hazırda isə qərb bölgəsinin Qazax və Ağstafa rayonunda əsaslı təmir işləri həyata keçirir. Bu işlərə boru xəttlərinin çəkilməsi və nasos stansiyaların ətrafının abadlaşdırılması işləri daxildir.

30.08.2023 08:58