İmişlidə kollektor-drenaj sistemləri lildən təmizlənir.

about1

İmişli rayonu ərazisində yerləşən Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonu ərazisində 36 min hektara yaxın meliorasiya olunmuş torpaqlarda 1531 km kollektor və drenaj sisteminin istismarına xidmət edir. İdarə torpaqların melioartiv  cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmiri işlərini həyata keçirir. 2023-cü ilin yanvar ayından etibarən maşın mexanizmlərinin gücü ilə rayon ərazisindəki kəndlərdə daxili təsərrüfat kollektorları lildən təmizlənərək işlər davam etdirilir. Bunun nəticəsində səth və qurunt sularının normal axımı təmin edilir, torpaqlar melorativ cəhətdən yaxşılaşır, bu da kənd təsərrüfatı bitkilərinin normal inkişafına şərait yaradır.

Rayon ərazisində 2023-cü il və gələcək illərdə təsərrüfat daxili kollektor-drenaj sistemi ilə yanaşı həmçinin təsərrüfatlar arası və magistral kollektorlarda da lildən təmizləmə və digər təmir işlərin davam etdirilməsi planlaşdırılır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir, zaman keçdikcə şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Bütün bu işlər Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçirilir. Hazırda texnikalar bir-neçə istiqamətdə bu işləri yerinə yetirir.

Qeyd edək ki, kolketor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. Təsərrüfatdaxili kollektorlar lildən təmizlənərək əsas kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur.  Ən sonda magistral kollektorlar qurunt sularını rayon ərazisindən kənarlaşdırır.

28.08.2023 09:01