11 min hektardan artıq əkin sahəsinə xidmət edən Cəlilabad Suvarma Sistemləri İdarəsində ilin əvvəlindən etibarən suvarma mövsümünə ciddi hazırlıq işləri görülüb, bütün meliorativ tədbirlər yekunlaşıb. İdarə sahələrin suvarılması üçün mənbə olaraq Cənubi Muğan kanalı və 3 ədəd su anbarından istifadə edir. Balansda olan suvarma kanallarınının böyük əksəriyyəti torpaq məcralı olduğundan, bu kanallar mütəmadi olaraq lildən və kol-kosdan təmizlənir ki, bununla da suyun axını maneəsiz olaraq təmin edilir, əkin sahələrinin suvarılması yaxşılaşdırılır.
Cəlilabad rayonunda hər il əkilən kənd təsərrüfatı bitkiləri normal qaydada suvarılır. Əsasən də suvarma mövsümündə bir-neçə dəfə suvarılan pambıqdan daha keyfiyyətli və bol məhsul əldə edilir. Fermerlərdə son illər pambıqçılığa maraq artıb.
Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 495 hektar əkin sahəsinə xidmət edən 112-ədəd subartezian quyusu və 12 ədəd nasos stansiyası var ki, bunların da hər birinə mütəmadi olaraq baxış keçirilərək təmir olunur. Subartezian quyularının dərinlik nasosları, nasos stansiyaların isə nasos aqreqatları daim saz vəziyyətdə saxlanılır. Bundan başqa kanallar üzərində olan hidrotexniki qurğular da təmir olunur.
Qeyd edək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən cari təmin işləri çərçivəsində 3 ədəd nasos stansiya, 15 ədəd subartezian quyusu, 18 ədəd hidrotexniki qurğu və 1.5 km nov kanal cari təmir olunub.
25.08.2023 10:06