İsmayıllıda selə qarşı mübarizə tədbirləri aparılır.

about1

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər görülür. Hazırda rayon ərazisindən axan əksər çaylarda məcra təmizləmə işləri aparılır. Bu il bir-neçə dəfə yağan güclü yağış nəticəsində gələn sel suları xeyli daş-çınqıl gətirərək çay məcrasını doldurub. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunub.

2023- cü ildə suvarmanı mütəşəkkil həyata keçirmək üçün İsmayıllı Suvarma Sistemləri İdarəsi  tərəfindən   134 min m3 suvarma kanallarının  lildən təmizlənməsi  və  221 min m3  çay  yatağının  təmizlənməsi  işləri həyata keçirilib, beton kanallarda  1.5 km cari  təmir  işləri görülüb. Bundan başqa 11  ədəd  hidrometrik post və  10  ədəd  subartezian quyuları cari  təmir  olunub. Su itkisinin qarşısının alınması üçün isə hər il torpaq məcralı kanallar beton üzlüyə alınır.   

Hazırda İsmayıllı rayonunda suvarma mövsümü uğurla aparılır. Artıq taxıl suvarılaraq biçini yekunlaşıb. Digər kənd təsərrüfatı bitkiləri, o cümlədən meyvə bağlarının suvarılması isə davam edir. Fermerlər sahələrini suvarmaq üçün suvarma suyu ilə vaxtında təmin olunduqlarını bildirirlər.

Qeyd edək ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi rayonda 9000 hektara yaxın suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması Aşıqbayramlı su anbarı, Yuxarı Şirvan kanalı, Göyçay çay, Axox çay, Cülyan çay, Talıstan çay, Əyriçay və Girdiman çay vasitəsilə həyata keçirilir.

23.08.2023 14:18