Oğuzda sel sularından mühafizə tədbirləri görülür.

about1

Hər il olduğu kimi Oğuz Suvarma Sistemləri İdarəsi bu il də rayon ərazisində mövcud əkin sahələrinin suvarılmasını, o cümlədən selə qarşı qabaqlayıcı tədbirlərini davam etdirir. İdarə 13039 ha torpaq sahələrini suvarma suyu ilə təmin edir. Suvarma suyu təsərrüfatlara idarənin balansında olan ümumi uzunluğu 549 km 74 ədəd suvarma kanalları vasitəsi ilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir. Bu çaylar dağ çayları olduğundan sel suları zamanı çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Bəzən bir kanal il ərzində bir-neçə dəfə lildən təmizlənməli olur. Bir başa çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr də il ərzində bir neçə dəfə təmizlənməli və bərpa olunmalı  olur.

Bu il Oğuz rayonunda suvarılacaq sahələrin  2473 hektarını taxıl, 235 hektarını qarğadalı, 113 hektarını tütün, 444 hektarını yonca, 203 hektarını bostan tərəvəz,  5951 hektarını çoxillik əkmələr və 1794 hektarını həyətyanı əkmələr təşkil edir. Hazırda adıçəkilən əkin sahələrində suvarma davam edir.

Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı  rayon ərazisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsini də təşkil edir. Bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirir. 2023-cü   ildə 41 min m³   ekskovatorla və 159 min m³  buldozerlə sel və daşqına qarşı mübarizə məqsədi ilə çay məcralarının tənzimlənməsi işi görülüb.

Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlaması, bir ədədinin əsaslı təmiri, bundan əlavə Həsənbəy kanalının 1660 paqonometr  hissəsinin beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 1600 m³ həcimdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyularının cari təmiri və 25 ədəd hidropostların cari təmiri işləri planlaşdırılıb.

31.07.2023 09:20