Biləsuvarda suvarma kanalları lildən təmizlənir.

about1

Biləsuvar rayonu üzrə 52780 ha suvarılan torpaq sahəsi mövcuddur. Bu sahələrə Biləsuvar Suvarma Sistemləri İdarəsi xidmət edir. 2023 – cü təsərrüfat ilində 46304 ha payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əkilib ki, hazırda bu sahələrin suvarılması uğurla davam edir. 2023-cü ildə 6013 ha pambıq əkilib və bundan 645 hektarı arat  olub, 5667 ha səp suvar, 4200 ha birinci vegetasiya suyu ilə təmin olunub və hazırda pambıq sahələrinin suvarılması davam etdirilir. Son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür ki, bu da suvarma suyunun vaxtında itkisiz təmin olunmasına xidmət edir.

Araz çayında nisbətən su sərfi aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki  əsasında həyata keçirilir. Belə ki, suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalara vasitəsi ilə lildən və kol kosdan təmizlənir. Eyni zamanda 5 km-dən artıq uzunluğunda nov kanallar cari təmir olunub. Bundan başqa plana uyğun olaraq bu lin 6 ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib. Cənub Muğan kanalından ayrılan təsərrüfatlararası suvarma kanalının 7400 m məsafədə beton üzlüyə alınması işlərinin layihə - smeta sənədləri hazırlanır. Bu kanalın da növbəti mərhələdə beton üzlüyə alınması nəzərdə tutulub.

 Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiya var. Bu nasos stansiyalardan 22 ədədi elektrik enerjisi ilə, 47 ədədi isə dizel mühərrikləri vasitəsi ilə çalışır. Nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb.

24.07.2023 09:37