Goranboyda kanallar lildən təmizlənir.

about1

Goranboy  Suvarma Sistemləri İdarəsi Goranboy rayonunun 61740 ha əkin sahələrinin suvarılmasına xidmət edir. Bundan əlavə olaraq əkin üçün istifadə olunan 4000 ha örüş sahəsi, 10500 ha Dövlət fond torpaqları, 7000 ha bələdiyyə torpaqları olmaqla daha 21500 ha əkin sahələrinin suvarılması da idarənin üzərinə düşür ki, faktiki olaraq idarə tərəfindən rayonun 83240 ha əkin sahələrinin suvarılması təmin olunur. Əkin sahələrinin su təminatının yaxşılaşdırılması, sahələrə suvarma suyunu daha asan və itkisiz çatdırılması üçün torpaq məcralı kanallar daim lildən təmizlənir. Bunun üçün idarənin texnikaları bir-neçə istiqamətdə bu işləri icra edir. Hazırda yağan leysan yağışları nəticəsində təkrar lillənməyə məruz qalan kanallar da lildən təmizlənərək suyun axını təmin olunur.

İdarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu, 16 ədəd nasos stansiyaları, Sol Sahil Tərtər kanalı, Şəmkir Maşın kanalı, Kürəkçay çayı, Qaragoran və İnçə çayları  xidmət edir. Bu  il subartezian quyularının 15 ədədinin bərpasına  başlanılıb. Yaxın  günlərdə  isə 10  ədəd  yeni  subartezan quyularının   qazılmasına başlanacaqdır. 2023-cü  ilin 6 ayı ərzində 480  ədəd  subartezan quyusunun  nasosları  təmir  olunaraq quyunun  iş  rejimi  yenidən bərpa  olunub, 35  subartezan  quyusuna yeni  nasoslar salınıb. Bu iln 6 ayı ərzində daxili  Səfikürd nasos  stansiyasının boru  xəttində   55  metr, 1 nömrəli  Borsunlu  nasos  stansiyasının boru  xəttində  70 metr, Boluslu  nasos  stansiyasının  boru  xəttində  40 metr, Qızılhacılı  nasos  stansiyasının boru  xəttində 55 metr təmir  işləri  görülərək, boru  xətlərində  olan  nasazlıqlar aradan  qaldırılıb.

 Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-cü ilin  6 ayı  ərzində   torpaq  su  kanallarında 330000 kub metr lildən  və  kolkosdan  təmizləmə  işləri  görülüb, o cümlədən 32000 kub metr çay  məcralarında  tənzimləmə  işləri  həyata keçirilib.

19.07.2023 09:19