Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Transsərhəd çaylarının sahilinin mühafizəsi üzrə sahilbərkitmə və məcratəmizləmə işləri” ilə əlaqədar yaradılmış işçi qrupu tərəfindən Araz, Samurçay, Qanıx, Mazımçay, Astaraçay və Bolqarçay çaylarında aparılmış monitorinqlərin nəticələri barədə görüş keçirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini və işçi qrupun sədri Zakir Quliyev tərəfindən keçirilmiş monitorinqlər barədə geniş məlumat verilib.
Görüşdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və İqtisadiyyat Nazirliklərinin, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak edib.
Aparılmış monitorinqlərin nəticəsi əsasında hazırlanmış 5 illik tədbirlər planının Nazirlər Kabinetinə təqdim edilməsi məqsədə uyğun hesab edilib.
18.07.2023 16:54