Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

about1

İyulun 12-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində “Gender bərabərliyinə baxış” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev və digər əməkdaşlar mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlar zamanı Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda gender bərabərliyi istiqamətində atılan addımlar və görülən işlərin ölkəmizdə demokratik cəmiyyətin qurulmasındakı mühüm arqumentləri, ümumilikdə Ümummilli Liderin gender siyasəti və bu siyasətin uğurlu nəticələrindən danışılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilən gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün öz geniş fəaliyyəti ilə Azərbaycan xalqının həm ölkədə, həm də beynəlxalq aləmdə təmsili barədə məlumat verilib. Həmçinin Azərbaycan Respublikasında gender bərabərliyi anlayışı, qanuni və instutisional mexanizmlər haqqında danışılıb.

12.07.2023 17:47