Göyçay rayonunda son illər görülən meliorativ tədbirlər nəticəsində rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı artıb. Sahələrin vaxtında və səmərəli suvarılması üçün Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən hər il mütəmadi olaraq bu işlər davam edir. Rayonda 26568 ha suvarılan əkin sahəsinə xidmət edən idarə 3 su mənbəyindən istifadə edir. Həmin mənbələrdən biri olan Yekəxana su anbarından təsərrüfatlara su çatdıran Qarayazı beton kanalının ümumi uzunluğu 27 km-dir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 1722 km suvarma kanalından istifadə olunur ki, bundan 206 km-i təsərrüfatlar arası kanal və 1517 km-ə yaxını təsərrüfatdaxili kanallardır. Təsərrüfatlararası kanallar üzərində 631 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğular vardır. İdarə suvarma ilə yanaşı Göyçay çayında baş verə biləcək sel hadisələrinin aradan qaldırılması istiqamətində də tədbirlər görülür.
Bu ilin əvvəlindən etibarən Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən 136 km-ə yaxın məsafədə lildən təmizləmə işləri aparılıb. O cümlədən Kürdşaban, Alpoud, Qızılağac, Hüngütlü, Mallı-Şıxlı, Hacıağabəyli, Ərəbşahverdi, Bəydövül və digər suvarma arxları da lildən təmizlənib. Artıq rayonun ucqar kəndlərində də işlər plan uyğun aparılır.
Hazırda Bığır, Mirzəhüseynli, Qarabağlar, Bəydövül, Çərəkə, Qarabaqqal suvarma arxlarında lildən təmizləmə işləri davam etdirilir. Bununla yanaşı şəhər daxilindən keçən Mallı Şıxlı, Potu, Çərəkə, Qarabörk, Qəzyan və Şəhadət suvarma arxları da lildən təmizlənərək lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib.
Qeyd edək ki, Göyçay Suvarma Sitemləri İdarəsi tərəfindən 2023-ci il ərzində təmir planına əsasən Alxasafa suvarma arxı üzərində 1 ədəd şlüz, Yekəxana suvarma arxı üzərində 2 ədəd şlüz, Alpoud suvarma arxında 2 su buraxıcı şlüz və 1 ədəd şlüz boru ilə birlikdə, Hüngütlü kəndi ərazisində Xəlitli suvarma arxında 2 ədəd su bölüşdürücü şlüz və Şəkər suvarma arxında 1 ədəd şlüz quraşdırılaraq cari təmir işləri aparılıb.
06.07.2023 09:10