Ağdamda çaylara gələn sudan istifadə edilir.

about1

Son günlər ölkə ərazisində havaların yağıntılı keçməsi nəticəsində Qarabağdan gələn çaylarda da suyun səviyyəsi artıb. Ağdam ərazisindən keçən Xaçınçay və Qarqarçaya sel gəlib. Bunun üçün də Ağdamın hazırda yaşayış olan məntəqələrində sel sularının törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.  Xaçın çayın Ağdam ərazisindən keçən hissəsinə su Xaçınçay su anbarından gəlir. İki gündür gələn güclü selin Qərvənd və yaxın yaşayış məntəqələrinə ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.

Çaya gələn seldən fermerlər səmərəli istifadə edirlər. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyuları fəaliyyətinin dayandırıb. Sakinlər dağlardan gələn minerallarla zəngin çay suyundan istifadə edirlər.

Növbəti günlərdə də çaya suyun çox gələ biləcəyini nəzərə alaraq idarə tərəfindən texnikalr ərazidə saxlanılır.

04.07.2023 09:20