Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsinin balansında olan su anbarı hidrotexniki qurğularla birlikdə Ağstafaçayı üzərində tikilib. Su anbarı 1969- cu ildə istismara verilib. Perspektiv planda su anbarının 74 min hektar sahəni suvarılması nəzərdə tutulub. Su anbarı Azərbaycan - Ermənistan sərhəddində yerləşir və daim mühafizəsi təşkil olunur. Qazax rayonunda yerləşən Hidroqovşaq kanallar ilə birlikdə kompleks su təsərrüfatı sayılmaqla, regionun ən böyük hidrotexniki qurğusu hesab olunur. İdarə tərəfindən tədbirlər planına uyğun olaraq 28 ədəd hidrotexniki qurğu, 15 ədəd hidropost, 18 km beton kanal, 4 km istismar yolu, 2 ədəd bina, baş qurğuda elektrik, mexaniki avadanlıq və qurğular cari təmir olunub.
İdarə tərəfindən anbardan çıxan kanallarda su itkisinin qarşısının alınması, suvarma suyunun fermerlərə vaxtında və maneəsiz çatdırılmasını təmin emək üçün beton işləri, o cümlədən kanalların lildən təmizlənməsi həyata keçirilir. Bu məqsədlə kanallar 330 min kub metr həcmində lildən təmizlənib.
Qeyd edək ki, Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi Sistemin əsas vəzifəsi Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 74 min hektar kənd təsərrüfatı sahəsini suvarma suyu ilə təmin etməkdir.
12.06.2023 08:45