Su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

about1

Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əkil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Peşə bayramı münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yasamal Parkında gənc rəssamların Ümummilli Lider Heydər Əliyevin su təsərrüfatına qayğısını özündə əks etdirən rəsm və fotosərgi təşkil edib. Sərgidə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, suya qənaət və sudan səmərəli istifadəni təbliğ edən əsərlər nümayiş olunub.

06.06.2023 11:27