Sabirabad rayonunda suvarma mövsümü uğurla davam edir. Hazırda rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin normalara uyğun olaraq suvarılması aparılır. 67 min hektardan artıq əkin sahələrinə xidmət edən Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 2314 km olan suvarma kanalları, 3365 km isə kollektor-dren şəbəkəsi mövcuddur. Balansda 91 ədəd nasos stansiya, 7391 ədəd hidrotexniki qurğu var. Nasos stansiyalardan 82 ədədi suvarma məqsədi ilə işlədilən, 9 ədədi isə kollektor-dren şəbəkəsində istifadə edilənlərdir. İdarə tərəfindən bütün nasos stansiyaların sazlığına diqqət yetirilir. Hazırda nasos stansiyalar va gücü ilə əkin sahələrinin suvarılmasına xidmət edir.
Sabirabd Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların lildən təmizlənməsi işlərini də mütəmadi olaraq həyata keçirir. Görülən işlər nəticəsində suvarma suyunun maneəsiz axını təmin olunur, su əkin sahələrinə itkisiz olaraq çatdırılır. Fermerlər bu il sahələrdən bol məhsul əldə edəcəklərinə əmindirlər.
Araz çayında suyun azalması və Kür çayında səviyyənin aşağı düşməsi səbəbindən idarənin 22 ədəd səyyari dizel nasos stansiyası kollektor və kanallara quraşdırılmaqla fermerlərin su təminatı yaxşılaşdırılıb. Suyun sərfinin ölçülməsi məqsədi ilə kanallar üzərində avtomatik rəqəmsal günəş batereyası ilə işləyən körpülü su ölçən 6 ədəd qurğuların da quraşdırılması tamamlanıb. Hazırda idarə tərəfindən plana uyğun olaraq meliorativ tədbirlər davam edir.
Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən rayon əraizisində əkilən taxıl, pambıq, yonca, çoxillik bitkilər, bostan-tərəvəz, dənlik qarğıdalı sahələrinin suvarılması davam edir.
08.05.2023 10:57