Kollektorlar lildən təmizlənir.

about1

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi ölkənin 7 rayonunda ümumilikdə 253000 ha torpaq sahəsinə 2399 km kollektor-drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 843 km-i təsərrüfatlar arası, 1556 km-i təsərrüfat daxili kollektor,  o cümlədən 775 km açıq, 781 km-i isə qapalı  şəbəkədir. İdarənin balansında 2898 ədəd qurğular mövcuddur ki, həmin qurğulardan 932 ədədi körpü keçidlər, 3 ədədi hidrometrik postlardır. İdarənin balansında olan maşın mexanizmlər tərəfindən mütamadi olaraq kollektor dren şəbəkəsində lildən təmizləmə işləri aparılır.
Nəticədə sahələrdə şoranlaşmanın qarşısı alınır və torpaqlar münbitləşir.
Kollektorlarda lildən təmizləmə işləri sistemli şəkildə həyata keçirilir. Hazırda bu işlər idarənin xidməti ərazisinə daxil olan bütün kollektorlarda davam etdirilir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin balansında 11 ədəd nasos stansiya mövcuddur ki, bu nasoslar vasitəsilə qrunt suları Xəzər dənizinə axıdılır. Nasosların sazlığına isə daim diqqət yetirilir. Bu günə qədər nasos stansiyalarda təmir işləri aparılıb, nasaz nasoslar dəyişdirilib. Bundan başqa balansda olan kollektorların təmiri də plana uyğun olaraq həyata keçirilir. Ümumiyyətlə görülən işlər nəticəsində şoranlaşmanın qarşısı alınır, torpaqlar meliorativ cəhətdən yaxşılaşdırılaraq əkinə yararlı vəziyyətə gətirilir.

 Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.
 

03.05.2023 10:10