Samuxda 30000 hektara yaxın əkin sahəsi suvarılır.

about1

Samux Suvarma Sistemləri İdarəsi rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını mütəşəkkil təşkil etmək üçün meliorativ tədbirlərini davam etdirir. Əkin sahələrinin suvarılması 727 km olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar vasitəsilə aparılır. Bundan 65 km təsərrüfatlararası, 658 km-i isə təsərrüfatdaxili kanallardır. Kanallarda suyun maneəsiz ötrülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin və hidrotexniki qurğuların təmiri və betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir.

Torpaqların suvarılması üçün rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən  təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri həyata keçirilir. Subartezian quyularında isə nasos və elektrik avadanlığı təmir edilir. Çaylardan gələn selin qarşısının alınması  üçün  cari il ərzində  Gəncə çayında, Qabırrı çayında və Qoşqar çayında torpaq işləri görülüb. Hazırda kanallardan əkin sahələrinə suyun verilməsini təmin etmək üçün daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə  işləri aparılır, boru kəmərləri təmir olunur. Hazırda kanallar tam işlək vəziyyətdədir.

Qeyd edək ki, Samux Suvarma Sistemləri İdarəsi rayonun 30000 hektara yaxın  suvarılan  torpaqlarına  xidmət edir. Hazırda idarə tərəfindən yaz-yay suvarmasının mütəşəkkil olaraq yerinə yetirilməsi üçün meliorativ tədbirlər həyata keçirilir.

18.04.2023 09:41