Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən Göygöl rayonunda əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması davam edir. Bu məqsədlə rayon ərazisində meliorativ tədbirlər uğurla həyata keçirilir. Torpaqların suvarma suyu ilə təminatı üçün 5 mənbədən, Kürəkçaydan, Gəncəçaydan, Qoşqarçaydan, mənbəyini Şəmkirçay gölündən götürən sağ sahil kanal vasitəsilə ötürülən suvarma suyundan və 296 ədəd subartezian quyusundan istifadə olunur. Hazırda hər biri saz vəziyyətdə olan subartezian quyuları əhatəsində olan əkin sahələrinin suvarılmasını təmin edir. İdarənin balansında olan 10 ədəd nasos stansiyası isə 1300 hektara yaxın torpaq sahəsinin suvarılmasına xidmət edir.
2022-ci ildə kanal va arxların lildən təmizlənməsi üzrə əl əməyi ilə və maşın mexanizmlərlə 685 min kub metr həcmində təmizləmə işləri görülüb. İdarə üzrə 35 ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilib, həmçinin beton kanallarda 4 km-dək məsafədə cari təmir işləri görülərək başa çatdırılıb. Əsaslı təmir planına uyğun olaraq Xanlar kanalının bir hissəsi beton üzlüyə alınıb və işlər bu gün də davam etdirilir. Ərəbli kanalında isə bu işlər başa çatdırılıb. Bütün bunların nəticəsi olaraq suvarma suyunun əkin sahələrinə çatdırılmasında itkilərin qarşısı alınıb, kanallar vasitəsi ilə ötürülən suvarma suyunun itkisiz və qısa zaman kəsiyində əkin sahələrinə çatdırılması təmin edilib. Suvarma ilə yanaşı idarə tərəfindən rayon ərazisində sel sularından mühafizə tədbirlərinin hayata keçirilməsi sahəsində də müvafiq işlər görülür.
Qeyd edək ki, Göygöl Suvarma Sistemləri İdarəsi Göygöl rayonu ərazisində 1260 ha və Gəncə şəhər ərazisində 2590 ha olmaqla ümumilikdə 15210 ha əkin sahələrinin suvarılmasına xidmət edir.
17.04.2023 09:13