İmişlidə kollektorlar lildən təmizlənir.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  İmişli rayonu ərazisində yerləşən Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonu ərazisində 35857 hektar meliorasiya olunmuş torpaqlarda 1531 km kollektor və drenaj sisteminin istismarına xidmət edir. İdarə torpaqların meliorativ  cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmiri işlərini həyata keçirir. İdarə tərəfindən balansda olan kollektor-drenaj sistemlərinin mütəmadi olaraq təmizlənməsi nəticəsində qurunt və səth sularının normal axıdılması təmin olunur. Hazırda lildən təmizləmə işləri davam edir.

Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan kollektorların keçdiyi ərazilər münbitləşdiyindən hər il əkin aparılan sahələr də artmaqdadır. Fermerlər ötən il olduğu kimi bu il də əkdikləri kənd təsərrüfatı təyinatlı bitkilərdən bol məhsul gözləyirlər.

Kollektor-drenaj sistemlərinin lildən təmizlənməsilə yanaşı idarə tərəfindən təsərrüfat daxili kollektor üzərindəki, uzun illər istifadə olunmuş, istismara yararsız borulu keçidlər yeni dəmir beton konstruksiyalı borularla əvəzlənir. Bunun nəticəsində səth və qurunt sularının normal axını təmin edilir. Hazırda bu işlər də davam etdirilir.

Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi tərəfindən kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. Təsərrüfatlar daxili kollektorlar lildən təmizlənir və əsas kollektorlara ötürülür. Həmin kollektorlar magistral kollektorlara qoşulur. Magistral kollektorlar isə qrunt sularını rayon ərazisindən kənarlaşdırır.

29.03.2023 11:12