Şamaxı və Qobustanda 8500 hektara yaxın əkin sahəsi suvarılır.

about1

Şamaxı və Qobustan rayonlarında bu il əkin sahələrinin vaxtında və normal suvarılması üçün meliorativ tədbirlər davam edir. Suvarma suyunun maneəsiz axınını təmin etmək məqsədilə torpaq məcralı kanallar lildən təmizlənir. Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının, əkin dövriyyəsində olan 8447 hektar müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Onlardan 4380 ha taxıl, 3495 ha yem bitkisi, 492 ha çoxillik əkmələr, 30 ha bostan tərəvəz və 50 ha həyətyanı sahələrdir. Cari ilin əvvəlindən  Şamaxı rayonunda 780 hektar, Qobustan rayonunda isə 120 hektar payızlıq taxıl sahələri 1 dəfə suvarılıb.

 Hər il olduğu kimi Şamaxı rayonunda bu il də su itkisinin qarşısının alınması məqsədilə torpaq məcralı kanalların beton üzlüklü kanallarla əvəz olunması işlərinə başlanılıb. 2020-ci ildən hissə-hissə beton üzlüyə alınan Dibarx kanalı Şamaxı rayonun Çarhan, Malikçobanlı və Göylər kəndlərinin əkin sahələrini suvarma suyu ilə təmin edir. Suvarılan 1500 ha sahənin 112 hektarını bağlar, 300 ha taxıl və 1100 ha yem bitkiləri təşkil edir. Bundan başqa bu ilin əvvəlindən etibarən torpaq məcralı kanallar 32 km məsafədə lildən təmizlənib və bu proses davam etməkdədir.

Qeyd edək ki, Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı rayonunda 6870 ha, Qobustan rayonunda isə 1147 ha suvarılan əkin sahəsinə xidmət edir.

25.03.2023 09:26