Oğuzda yeni suvarma mövsümünə hazırlıq gedir.

about1

Hər il olduğu kimi bu ildə Oğuz Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suvarma mövsümünə hazırlıq məqsədilə meliorativ tədbirlər uğurla davam edir. İdarə Oğuz rayonunun 13000 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatını həyata keçirir. 2023-cü ildə suvarılacaq sahələrin  3778 hektarını dənli bitkilər, 119 hektarını texniki bitkilər - tütün, 444 hektarını yonca, 203 hektarını bostan tərəvəz, 5954 hektarını çoxillik əkmələr və 1794 hektarını həyətyanı əkmələr təşkil edəcəyi planlaşdırılır. İdarənin balansında olan suvarma kanalları bir başa çaylardan su götürdüyü üçün müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələır il ərzində bir neçə dəfə təmizlənir və bərpa olunur. Bundan əlavə olaraq kanalların 200 km-dən artıq hissəsi meşə fondunun ərazisindən keçdiyindən həmin hissələrdə təbii proseslər nəticəsində  kanallarda su itkisi yaranır. Buna görə də həmin hissələrdə təmizləmə işləri hər il mütəmadi aparılır.

Suvarmanın davamlı aparılması üçün idarənin balansında 78 ədəd subartezian və 14 ədəd artezian quyularından da istifadə edilir. Həmin quyular rayon ərazisində olan 284 ha əkin sahəsini suvarma suyu ilə və 4 kəndi bütünlüklə, 13 kəndi isə qismən işməli su ilə təmin edir. Oğuz Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarılması ilə yanaşı rayon ərazisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsini də təşkil edir. Hazırda bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işləri həyata keçirilir.

Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlaması, bir ədədinin əsaslı təmiri planlaşdırılıb. Bundan əlavə Həsənbəy kanalının 1660 paqono metr hissəsinin beton üzlüyə alınması işi nəzərdə tutulub. Cari təmir planına əsasən isə 2000 m³ həcimdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyularının cari təmiri və 25 ədəd hidropostların cari təmiri işləri planlaşdırılıb.

23.03.2023 09:23