Şəkidə yeni beton bənd çəkilir.

about1

Şəki Suvarma Sistemləri İdarəsi Şəki rayonunun 39 min  hektara yaxın suvarılan torpaq sahələrinə xidmət göstərir. Əkin sahələrinin su ilə təminatı üçün 909 km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili kanallar istismar olunur. İdarə tərəfindən qışlaqlarda olan heyvanların su ilə təminatı üçün də yeni işlər görülür. Xidməti sahədə qapalı su kəmərinin ümumi uzunluğu 3672 km, üzərindəki hidrotexniki qurğuların sayı isə 539 ədəddir. Burada ümumilikdə 160 min xırda və iribuynuzlu mal-qaranın su ilə təminatı həyata keçirilir. Sistemin su ilə təminatı üçün 7 ədəd subartezian va 4 ədəd artezian quyularının suyundan istifadə olunur. Hazırda uzun illər istismar olunan boruların təmirinə başlanılıb. Bundan başqa Şəki Suvarma Sistemləri İdarəsinin istismar sahələri üzrə, o cümlədən Şəki rayonunun 7775 ha və Qax rayonunun 3 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təminatı üçün Əyriçay Su Anbarından nasoslar vasitəsi ilə vurulan sudan istifadə olunur. Bunun üçün ümumi uzunluğu 46,555 km olan kanallardan və üzərində olan 138 ədəd hidrotexniki qurğulardan istifadə olunur.

Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən 5 ədəd nasos stansiyasının da istismarı hayata keçirilir. Bundan başqa rayon ərazisində olan 206 ədəd subartezian və 20 ədəd artezian quyularının xidmətindən də istifadə olunur. İdarənin balansında olan 226 ədəd quyu vasitəsi ilə 50 min nəfərə yaxın əhalinin içməli, kommunal-məişət və digər məqsədləri üçün, həmçinin 1548 ha hayətyanı və 1493 ha əkin sahələrinin suvarma suyu ilə təminatı ödənilir. 2022-ci ildə uzun müddət istismar olunmayan, sökülüb dağılmış, Salınçaq və Aydınbulaq kənd ərazilərində yerləşən 2 ədəd subartezian quyusu əsaslı təmir olunaraq yenidən su istifadəçilərinin istifadəsinə verilib. İdarə tərəfindən yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə etmək məqsədilə Kiş çayında beton bəndlərin tikintisi davam edir.

 Qeyd edək ki, Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanallarda lildən təmizləmə işləri davam edir. Bu məqsədlə 10 kəndin ərazisində 3500 hektara yaxın əkin sahələrinin suvarmasına xidmət edən ümumi uzunluğu 17,5 km olan torpaq məcralı Cəyirli kanalında bu ilin əvvəlindən etibarən 5,5 km uzunluğunda lildən təmizləmə işləri aparılıb. Bununla yanaşı 2017-2022-ci illər ərzində rayonun ərazisindəki çaylarda sel sularının maneəsiz axıdılması məqsədi ilə 4494 min m³ həcmində tənzimləmə işləri həyata keçirilib.

17.03.2023 08:54