Biləsuvarda meliorativ tədbirlər davam edir.

about1

2023-cü təsərrüfat ilində Biləsuvar rayonu üzrə 52780 hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub. Hazırda sahələrdə suvarma işləri davam etdirilir. Suvarılan 45770 hektar əkin sahəsinin 20692 hehtarı nasos stansiyalar vasitəsilə, 25078 hektar əkin sahəsi isə öz axını ilə həyata keçirilir. Biləsuvar Suvarma Sistemləri İdarəsi suvarmanı mütəşəkkil aparmaq üçün balansında olan 1875 km uzunluğunda suvarma kanallarından istifadə edir. Bundan 48,3 km beton üzlüklü kanal, 114 km nov kanal, 1713 km isə torpaq məcralı kanallardır. İdarə tərəfindən su itkisinin qarşısını almaq məqsədilə hər il topraq məcralı kanalların beton üzlüyə alınması işləri aparılır. Belə kanallardan biri də təsərrüfatlararası suvarma kanalıdır. Bu kanal 1600 hektara yaxın əkin sahəsinə xidmət edir.

Biləsuvar Suvarma Sistemləri İdarəsi suvarma kanallarında lildən təmizlənmə işlərini də mütəmadi olaraq davam etdirir. Məqsəd torpaq kanallarda suyun maneəsiz axınını təmin etməkdir. Ötən il bu məqsədlə 1819 km suvarma kanalları lildən təmizlənib. İdarənin balansında 69 ədəd nasos stansiya var ki, bundan 22-si  elektrik, 47-i isə  dizel mühərrikli nasos stansiyadır. 2022-ci ildə 38 ədəd nasos stansiyada cari təmir işləri görülüb. Balansda olan bütün nasos stansiyalar 2023-cü təsərrüfat ili üçün saz vəziyyətə gətirilib. Görülən meliorativ tədbirlər nəticəsində ötən il 45770 hektar əkin sahəsinə suvarma suyunun verilməsi təmin olunub.

Qeyd edək ki, Biləsuvar rayonunda hər il əkilən pambıq, taxıl, yem bitkiləri, qarğıdalı və bostan tərəvəz bitkiləri, o cümlədən meyvə bağları Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma suyu ilə təmin edilir. Rayonda suvarma öz axımı və nasos stansiyalar vasitəsilə həyata keçirilir.

15.03.2023 09:04