Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır.

about1

Ağdam rayonunda mexaniki üsulla suvarma yaxşılaşıb. Hər il əkin sahələrinin vaxtında və normalara uyğun olaraq suvarılması nəticəsində məhsuldarlıq da artmaqdadır. Ağdam Mexaniki Suvarma İdarəsi tərtib olunmuş plana uyğun olaraq 2023-cü ildə də meliorativ tədbirlərini davam etdirir. Bu xidmətlərin aparılması üçün idarənin balansında olan 986 subartezian quyusu, 4 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz və qaynamalar, 365 km suvarma kanalları, 236 ədəd hidrotexniki qurğu mövcuddur. Rayon ərazisində müasir standartlara uyğun olaraq 102 subartezian quyusunda Scada sistemi quraşdırılıb, 238 subartezian quyusunda isə quraşdırılması nəzərdə tutulub.

Bundan başqa idarənin balansında olan subartezian quyularına baxış keçirilərək nasaz olan dərinlik nasosları mütəmadi olaraq dəyişdirilir. Üçoğlan kəndində əsaslı təmiri aparılan subartezian quyusu isə yenidən kənd sakinlərinin istifadəsinə verilib. Bununla da həmin kəndin sakinlərinin suvarma və içməli suya olan təlabatı ödənilib.

İdarə tərəfindən 2023-cü ilin əvvəlindən etibarən 10 min hektara yaxın sahənin suvarılması aparılıb. Buna misal olaraq pambığı, dənli bitkiləri, yem bitkilərini və dirrik-bostanı göstərmək olar. Əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin normal qaydada itkisiz olaraq suvarma suyu ilə təmini üçün bu il 214 min kub metr lildən təmizləmə işləri nəzərdə tutulub ki, artıq bu işlər də ilin əvvəlindən etibarən başlanılıb.

 Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsi Ağdam rayonunun 36010 hektar torpaq sahəsini və 82334 nəfər sakinin içməli-məişət suyuna olan təlabatını həyata keçirir.

 

11.03.2023 11:57