Bərdədə yeni suvarma mövsümənə hazırlıqlar gedir.

about1

Bərdə Suvarma Sistemləri İdarəsi Bərdə rayonunda 63406 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında 1260 km suvarma kanalı vardır. Bundan 112 km nov kanallar, 32 km qapalı şəbəkə, 851 km-i torpaq kanaldır. Hər il mütəmadi olaraq torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması, maneəsiz olaraq fermerlərə çatdırılması üçün lildən təmizləmə işləri aparılır. Hazırda idarənin texnikaları vasitəsi ilə bir neçə istiqamətdə kanallar lildən təmizlənir. Bundan başqa suvarmada istifadə üçün 2 ədəd su anbarından, 5 ədəd səyyar tipli SNP nasosdan və 15 ədəd nasos stansiyadan istifadə olunur.

Bərdə rayonunun əsas su mənbəyi Yuxarı Qarabağ Kanalı, Tər-tər çayı, subartezian quyuları və Kür çayı üzərində qoyulmuş nasos stansiyalarıdır. 2022-ci ildə rayon üzrə 63406 hektar sahə 5.37 dəfə  suvarılıb. Cari ildə isə balansda olan torpaqlara aşağıdakı qaydada kənd təsərrüfatı bitkiləri əkilib. Bunlar 10931 ha pambıq, 11862 ha taxıl, 22907 ha yonca, 12506 ha digər əkinlər         və 5200 ha həyətyanı sahələrdir. Ötən il idarə tərəfindən 48 ədəd hidro metrik postlar cari təmiri edilib, 1064 min.m3 kanallar lildən təmizlənib. Kollektor dren sisteminin 992 min.m3 -i yəni, 283 km hissəsi lildən təmizlənib. Bundan başqa 350 ədəd subartezian quyusu cari təmiri edilib.

Məlumat üçün bildirək ki, Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən əsaslı təmir planına uyğun olaraq 3 ədəd nasos stansiyanın elektirik avadanlığı, torpaq məcralı kanalın 1.3 km-i və R-13 beton kanalının 1.5 km-i  beton üzlüyə alınıb. Kollektor və drenaj sistemində 3 ədəd borulu keçidinin əsaslı təmiri, elektirik təsərrüfatının təmiri, su saygacının quraşdırılması və abadlıq işləri görülüb.

03.03.2023 09:39