Göyçay Suvarma Sistemləri İdarəsi Göyçay rayonu üzrə 26500 hektara yaxın suvarılan ərazinin su təminatı ilə məşğul olur. Suvarılan əkin sahəsinin 7069 hektarı Göyçay çayından, 17772 ha Yuxarı Şirvan kanalından, 1607 ha Yekəxana su anbarından su götürülməklə həyata keçirilir. Ayrı – ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə Göyçay Suvarma Sistemləri idarəsinin balansında olan 206 km-ə yaxın təsərrüfatarası kanal və 1517 km-ə yaxın təsərüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu vardır. Bundan başqa idarənin balansında olan baş su götürücü qurğu üzərində yeni, müasir su ölçən cihaz quraşdırılıb.
2022-ci il ərzində Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qarabaqqal , Ərəb, Şəhadət, Mirzəhüseynli, Bığır, Qaraxıdır, Çərəcə, Potu, Müskürlü, Alpoud, Qızılağac, Çaxırl, İnçə, Ləkçıplaq suvarma arxlarında, Qarayazı beton kanalında və digər arxlarda lildən təmizləmə işləri aparılıb. O cümlədən şəhər daxilindən keçən Mallı-Şıxlı, Potu, Çərəkə, Qarabörk və Qəzyan suvarma arxlarında lil və digər çöküntülərin avtomaşınlarla daşınması təmin edilib. Bundan başqa məcra təmizləmə işləri çərçivəsində Göyçay çayında məcra təmizləmə işləri həyata keçirilib.
Qeyd edək ki, Göyçay rayonunda əraziləri suvarma suyu ilə təmin etmək üçün Göyçay Suvarma Sistemləri İdarəsi 3 mənbədən suvarma suyu götürür. Bunlar Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana su anbarıdır.
21.12.2022 08:56